Nyu-York metropoliteni | |||
---|---|---|---|
Məlumat | |||
Açılış tarixi |
27 oktyabr, 1904 (ilk yeraltı hissə) 3 iyul, 1868 (ilk yerüstü metro fəaliyyəti) 9 oktyabr, 1863 (ilk dəmiryolu fəaliyyəti)[qeyd 1] |
||
Operator | New York City Transit Authority (NYCTA) | ||
İllik sərnişin axını | 1,756,814,800 (həftəiçi, 2016)[1] | ||
Saytı | mta.info/nyct | ||
Marşrut şəbəkəsi | |||
Stansiyaların sayı |
472[1] (MTA ümumi say)[qeyd 2][qeyd 3] 425 unikal stansiya[qeyd 3][1] (beynəlxalq standartlarla müqayisədə) 1 tikintisi davam edən[qeyd 4] 14 planlaşdırılan[qeyd 2] |
||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Nyu-York metropoliteni — Nyu-York şəhərinə məxsus metrodur və ştat idarəsində olan Metropolitan Transportation Authority (MTA)[6] şirkətinin törəmə idarəsi olan New York City Transit Authority-ə icarəyə verilmişdir.[7] 1904-cü ildə açılan Nyu-York metropoliteni dünyanın ən qədim ictimai nəqliyyat sistemlərindən və ən çox istifadə olunan metro sistemlərindən biridir və ən çox stansiyaya malik olan metro sistemidir.[8] İlin hər günü 24 saat xidmət göstərir.[9]
Nyu-York metropoliteni fəaliyyətdə olan 472 stansiyası ilə dünyanın ən geniş metrosudur[9] (keçid stansiyaları bir stansiya kimi hesablanarsa 425 stansiya).[1] Stansiyalar Manhetten, Kuins, Bruklin və Bronks borolarının ərazisində yerləşir. Staten-Aylend dəmiryolları rəsmən metronun bir hissəsi sayılmır, belə ki, bu, metro sistemi ilə dəmir yolu əlaqəsi yoxdur, ona görə də digər borolara gedən sərnişinlər Staten-Aylend Ferri və ya MTA Regional Bus Operations istifadə edirlər, bununla belə Nyu-York metrosundan və MTA avtobuslarından ödənişsiz istifadə edə bilirlər.[9] Müvafiq olaraq Manhetten və Kuinsdə yerləşən PATH[10] və AirTrain JFK[11] metronun MetroCard-ını qəbul edir, lakin MTA tərəfindən idarə edilmir və ödənişsiz transferə icazə vermir.[12] MTA tərəfindən idarə edilməyən digər kütləvi nəqliyyat xidməti olan Rusvelt adası kanat yolu MTA və avtobus xidmətinə ödənişsiz transferə icazə verir.
Sistem həmçinin dünyanın ən uzun sistemlərindən biridir. Ümumiyyətlə, sistem 236 mil (380 km) marşruta,[13][14] 665 mil (1,070 km) gəlirli relsə[13] və qeyri-gəlirli rels ilə birlikdə ümumi 850 mil (1,370 km) relsə sahibdir.[13]
İllik sərnişin dövriyyəsinə görə Nyu-York metropoliteni qərb yarımkürəsinin ən işlək metrosudur və Pekin, Şanxay, Seul, Tokio, Quançjou və Moskva metropolitenindən sonra dünyanın ən işlək 7-ci metrosudur.[15] 2015-ci ildə metro həftəiçi ortalama təxminən gündəlik 5.7 milyon, həftəsonu ümumilikdə 5.9 milyon (şənbə günləri 3.3 milyon, bazar günləri 2.7 milyon) olmaqla illik 1.76 milyarddan çox minik həyata keçirmişdir.[1] Sərnişin daşınması artmaqda davam edir və 1985-ci ildən müntəzəm şəkildə izlənilən birgünlük sərnişin daşıması 23 sentyabr 2014-cü ildə 6.1 milyon sərnişin ilə rekord qırmışdır.[16][qeyd 5]
Sistemin 25 marşrutdan G qatarı, Franklin-Avenyu məkiyi və Rokavey-Park məkiyi istisna olmaqla 22 marşrut Manhetten ərazisindən keçir. Metronun Menhettendən kənardakı yerlərinin böyük hissəsi dambalarda və ya açıq kəsiklərdə olmaqla yerüstü və relsin bir neçə hissəsi qrunt səviyyəsindədir. "Metro" adlansa da ümumi relslərin 40 faizi yerüstüdür.[17] Xətlərin və stansiyaların çoxunda ekspress və yerli marşrutlar var. Bu xətlərdə üç və ya dörd rels var. Əsasən xarici iki rels lokal qatarlar, daxili bir və ya iki rels isə ekspress qatarlar üçün istifadə edilir. Ekspress qatarların xidmət etdiyi stansiyalar, əsasən, böyük keçid nöqtələri və ya istiqamətləridir.[9]
Sitat səhvi: " qeyd " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="qeyd"/>
teq tapılmadı
<ref>
teqi; NYCSubway.org
adlı istinad üçün mətn göstərilməyib